Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Bakı, 21 sentyabr, AZƏRTAC

Aviasiya mənim üçün, sadəcə, peşə olmayıb, bu, mənim həyatım, məsuliyyətim, taleyim və illər ərzində formalaşan dünyagörüşümdür. Göyə qalxanda insan yalnız öz həyatına görə deyil, yerə qayıtmasını gözləyən insanların taleyinə görə də məsuliyyət daşıyır. Bəzən məsuliyyət adi bir uçuşun çərçivəsindən çıxaraq həyatla ölüm arasındakı sərhəddə qərar verməyi tələb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 40 ildən artıq Azərbaycan aviasiyasında mülki və hərbi qaydada xidmət etmiş Rafiq Səlimov söyləyib.

O, ömrünün ən mühüm və yaddaqalan anlarını göylərdə yaşadığını deyib. Rafiq Səlimovun sözlərinə görə, uşaqlıq və yeniyetməlik illərində aviasiyaya böyük marağı yaranıb. Məhz bu səbəbdən 1978-ci ildə Rusiyanın Sasov Uçuş Məktəbinə daxil olub. Pilot ixtisası üzrə təhsilini uğurla başa vurduqdan sonra isə Azərbaycana qayıdıb. Həmin il təyinatla Zabrat Hava Limanında “An-2” tipli hava gəmisində ikinci pilot kimi əmək fəaliyyətinə başlayıb. “İlk uçuşlar, ilk məsuliyyət, göylə ilk ciddi tanışlıq… Bütün bunlar mənim peşə həyatımın başlanğıcıdır. “An-2” təyyarəsinin kapitanı vəzifəsinə təyin olunduqdan sonra da aviasiya sahəsini daha dərindən öyrənmək və təkmilləşdirmək istəyirdim. Beləliklə, “Mi-8” tipli helikopter üzrə yenidən hazırlıq kursu keçdim. Həmin vaxtdan helikopter pilotu kimi fəaliyyətimi davam etdirdim”, - deyə o bildirib.

Rafiq Səlimov 1992–1994-cü illəri xatırlayaraq həmin vaxtın Azərbaycan tarixində ən ağır sınaqlı dövrlərindən biri olduğunu deyib. Pilot Birinci Qarabağ müharibəsi zamanı mülki aviasiya helikopterləri ilə həyata keçirilən xüsusi uçuşlarda iştirak edib: “O illərdə helikopterlərimiz yalnız sərnişin daşımırdı. Bəzən onların göyərtəsində ümid, bəzən kömək gözləyən insan həyatı, bəzən isə müharibənin ağır nəticələrindən xilas edilməli olan dinc sakinlər olurdu”.

Öz xatirələrini bölüşən helikopter pilotu Rafiq Səlimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciədən sonra yaranan vəziyyətin xüsusilə ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, hadisə yerinə daxil olmaq, oradan yaralıları və zərərçəkmiş insanları təxliyə etmək son dərəcə təhlükəli idi. Həmin günlərdə göyə qalxan hər bir helikopter ekipajı nə ilə qarşılaşacağını bilmirdi. Fevralın 29-da isə onlara Kəlbəcər rayonunun Umudlu kəndindən mühasirədə olan xüsusi təyinatlı döyüş dəstəsinin çıxarılması ilə bağlı uçuş tapşırığı verilib. Rafiq Səlimov pilot yoldaşları ilə birlikdə həmin tapşırığı yerinə yetirmək üçün yollanıblar. “Uçuşun hər saniyəsi məsuliyyət tələb edirdi. Qarşıda dağlar, təhlükə, naməlumluq, həmçinin bizi gözləyən insanlar var idi. Bizim üçün əsas məqsəd tapşırığı yerinə yetirmək və insanları təhlükəsiz şəkildə çıxarmaq idi. Tapşırıq başa çatdıqdan sonra yanacaq doldurmaq üçün Ağdam şəhər aeroportuna uçduq. Yanacaq doldurulduqdan sonra Xocalıda törədilən faciədə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin təxliyəsi məqsədilə yenidən hadisə yerinə yollandıq. Həmin uçuş zamanı gördüklərimi sözlə ifadə etmək çox çətindir. Bəzi mənzərələr var ki, insan onları yaddaşından silmək istəsə də, zaman buna imkan vermir. İllər keçir, həyat davam edir, insan yaşlanır, çox şey dəyişir, amma bəzi görüntülər yaddaşın ən dərin yerində olduğu kimi qalır. Mənim üçün Xocalı ilə bağlı həmin uçuş belə xatirələrdəndir”, - deyə o sözlərinə davam edir.

Pilot: Kəlbəcərdə zədələnən helikopteri təhlükəsiz əraziyə endirə bildim

Rafiq Səlimov şahidi olduqlarını belə nəql edir: “İnsan göydən yerə baxanda yalnız böyük mənzərəni görür. Lakin müharibə illərində yerdə görünən hər kəndin, hər yolun, hər dağın öz hekayəsi var idi. 1993-cü il aprelin 1-də Kəlbəcər rayonunda dinc əhalinin təxliyəsi məqsədilə həyata keçirdiyim uçuşlar həyatımın ən təhlükəli uçuşlarından idi. Belə ki, idarə etdiyim mülki helikopter düşmən tərəfindən ağır atəşə tutuldu. Belə vəziyyətdə uçuş heyətinin özünü itirməməsi, saniyələr ərzində düzgün qərar qəbul etməsi həyati əhəmiyyət daşıyır”.

Bütün bunlara baxmayaraq, təcrübəsi və peşəkar hazırlığı sayəsində pilot zədələnmiş helikopterini təhlükəsiz şəkildə Yevlax şəhər aeroportuna endirə bilib. Sonrakı texniki baxış zamanı məlum olub ki, helikopterin sağ yanacaq çəni və idarəetmə aqreqatı yararsız vəziyyətə düşüb. Bu gün həmin helikopterin zədələnmiş idarəetmə aqreqatı Mülki Aviasiya Muzeyində saxlanılır. Çünki bu, sadəcə, texniki detal deyil. O metal parçasında bir dövrün izi, bir uçuşun yaddaşı, ekipajın yaşadığı təhlükənin səssiz şahidliyi var.

Pilot 1994-cü ildən hərbi aviasiyada xidmət etmək qərarına gəlib və 1994–1997-ci illər Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopter alayında könüllü olaraq xidmət edib. Bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məqsədilə döyüş bölgələrinə çoxsaylı uçuş tapşırıqları yerinə yetirib. Hərbi aviasiyada xidmət ona bir daha göstərib ki, pilot olmaq yalnız texniki bacarıq deyil, intizam, soyuqqanlılıq, məsuliyyət və komanda yoldaşlarına güvən tələb edir. O, 1998-ci ildən yenidən mülki aviasiyada, “ASG Helicopter Services” şirkətində pilot kimi çalışıb. R.Səlimov bu uzun yolda Azərbaycan aviasiyasının müxtəlif mərhələlərinin şahidi olub - texnikanın dəyişməsi, aviasiya imkanlarının genişlənməsi, yeni nəsil hava gəmilərinin yaradılmasını görüb. Lakin pilot peşəsinin əsas prinsipləri heç zaman dəyişməyib - məsuliyyət, dəqiqlik, intizam və insan həyatına hörmət.

“Bəzən düşünürəm ki, insanın həyatda qoyduğu ən böyük iz özündən sonra gələnlərə ötürdüyü dəyərlərdir. Hazırda üç övladım da Azərbaycan mülki aviasiyasında pilot kimi fəaliyyət göstərir. Mən onlara hər zaman yalnız pilot peşəsini deyil, bu peşənin məsuliyyətini, insan həyatına hörməti, intizamı və Vətənə xidmət anlayışını öyrətməyə çalışmışam. İndi geriyə baxanda anlayıram ki, mənim üçün aviasiya, sadəcə, göyə qalxmaq olmayıb. Aviasiya mənə qorxunu dəf etməyi, məsuliyyəti, qərar verməyi və ən çətin anlarda belə ümidə sadiq qalmağı öyrədib”, - deyə pilot qeyd edib.

Müəllif – Aytac Haqverdiyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ