Pedro Varqas David: Qlobal proseslərin müxtəlif regionların bazarlarına təsirləri nəzərə alınmalıdır VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Qlobal proseslər yalnız ayrı-ayrı ölkələrə deyil, müxtəlif regionların bazarlarına da birbaşa təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu baxımdan Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında yarana biləcək iqtisadi nəticələr diqqətlə qiymətləndirilməlidir.
“Hazırkı şəraitdə biznes üçün əsas məsələlərdən biri qlobal proseslərin son nəticələrinin və bazarlara mümkün təsirlərinin düzgün qiymətləndirilməsidir. Həmçinin beynəlxalq səviyyədə qəbul edilən qərarların müxtəlif ölkələr və regionlar üçün yaratdığı mümkün iqtisadi nəticələrinin nəzərə alınması vacibdir”, - deyə Pedro Varqas David qeyd edib.
Fotoqraflar - Azər İbrahimov, Xanlar Əlizadə
Videooperator - Mirrəsul Cəfərov, Şövqi Əzizov