Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arif Paşayev – 80
İstedadı, biliyi ilə ucalan, insani və iradi keyfiyyətləri ilə nümunə olan alim VİDEO

Arif Paşayev – 80İstedadı, biliyi ilə ucalan, insani və iradi keyfiyyətləri ilə nümunə olan alim VİDEO

Bakı, 14 fevral (AZƏRTAC). Akademik Arif Paşayevin 80 yaşı tamam olur. Bu yaş ömrün müdriklik zirvəsidir. Xüsusən söhbət alim və ziyalı ömründən gedəndə buraya barlı-bəhərli sözünü də əlavə etmək yerinə düşər.

Ömrün elə məqamları var ki, insan öz-özünə hesabat verir, keçdiyi həyat yolunu göz önünə gətirir. Yubileylər, ad günləri də belə məqamlardandır. Arif müəllim bir alim olaraq zəngin, məhsuldar ömür yaşamış, ziyalı olaraq öz işıqlı əməlləri, coşqun fəaliyyəti ilə cəmiyyətə yetərincə fayda vermişdir. O, görkəmli alim və pedaqoqdur, fizika-riyaziyyat elmləri doktoru, professor və akademikdir. Elm sahəsindəki nailiyyətlərinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.

Hər bir elmi adın, elmi dərəcənin, mükafatın arxasında neçə böyük zəhmət və gərgin axtarışlar, nəhayət fitri istedad dayandığını hər kəs yaxşı bilir. Xüsusən fizika və riyaziyyat kimi dəqiq elm sahəsində uğur qazanmaq, yeniliklərə imza atmaq daha gərgin iş, xüsusi bilik və istedad tələb edir.

İnsanın formalaşmasında doğulub boya-başa çatdığı mühitin, genetik amillərin rolu çoxsaylı müşahidələr, həyati misallar əsasında zaman-zaman təsdiqlənib və artıq buna heç kim şübhə etmir. Arif müəllim tanınmış nəsildəndir. Atası Mircəlal Paşayev Azərbaycanın görkəmli yazıçılarından biri olub, ədəbiyyatşünas alim və pedaqoq kimi tanınıb və hər iki sahəyə dəyərli töhfələr verib. Arif müəllimin ata ocağı bir çox məşhur simaların - Səməd Vurğunun, Mirzə İbrahimovun, Sabit Rəhmanın, Mehdi Hüseynin, Həmid Araslının, Cəfər Xəndanın və başqalarının tez-tez yığışdığı ədəbi-elmi məclisləri xatırladırdı. Bu zəngin, münbit və təkrarsız mühit təbii ki, Arif Paşayevin dünyagörüşünün yeniyetməlik və gənclik illərində formalaşmasına öz təsirini göstərməyə bilməzdi. Əslində ədəbiyyat, elm və musiqi korifeylərinin söhbətlərini dinləməyin, onları yaxından görməyin özü bir xoşbəxtlikdir və Arif müəllimi bu mənada xoşbəxtlərin xoşbəxti hesab etmək, hətta ona həsəd aparmaq olar.

Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb və onun ilk iş yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi laborant olub. Biliyi və istedadı zəhməti ilə birləşərək ona elm və vəzifə pillələri ilə daim irəli getməyə imkan verib. 1957-ci ildə laborantlıqdan başlayan əmək və elmi fəaliyyət yolu haralardan və necə keçib?

1959-cu il. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçi; 1960-cı il. Dövlət Nadir Metallar İnstitutunun aspiranturası; 1966-cı il. AEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi...

Arif Paşayev institutu bitirdikdən cəmi doqquz il sonra - 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Sonralar daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlayıb. Bu ixtiraların və elmi işlərin nəticəsi olaraq alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılıb və bu işlərə bilavasitə Arif Paşayevin özü rəhbərlik edib. Nəhayət, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almağa müvəffəq olub.

Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Bununla kifayətlənməyən Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb. Əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb.

Diqqət verirsinizsə, Arif Paşayev iki istiqamətdə fəaliyyət göstərib: həm alim kimi tədqiqatlar aparıb, ixtiralar edib, həm də konstruktor kimi onların bilavasitə istehsalata tətbiqi ilə məşğul olub və hər iki sahədə diqqətəlayiq işlər görüb.

Görkəmli alimin zəngin və çoxşaxəli fəaliyyətinin sübutu olan daha bir necə fakt: Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.

Arif müəllimin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. 1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə milli aviasiya üçün hava və su kimi vacib olan milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər yetişdirilib və yetişdirilir.

Rektor işlədiyi bu illər Arif müəllimin yeni keyfiyyətlərini - təşkilatçılıq bacarığını, pedaqoji məharətini üzə çıxarıb. O, dünya standartlarına uyğun müasir bir təhsil ocağı yaratmağa nail olub. Buraya yolu düşən hər kəs gördüklərinə, xüsusən akademiya şəhərciyinə heyran qalır. Arif müəllimin haqqı var desin: Bu gün Azərbaycan təyyarələrini məharətlə idarə edən, bacarığına və peşə hazırlığına görə heç kəsdən geri qalmayan oğullar mənim yetirmələrimdir. Onun bir rektor, pedaqoq və alim kimi öz yetirmələri ilə fəxr etməyə, hətta öyünməyə tam haqqı var. Çünki akademiyanı belə bir yüksək səviyyəyə o çatdırıb...

Hər halda zəhmət itmir. Son illər Arif Paşayevin təltifləri sırasına daha iki ali mükafat - “Şöhrət” və “Şərəf” ordenləri də əlavə olunub.

Arif müəllim haqqında söhbət düşəndə onu yaxından tanıyanlar belə deyirlər: Qayğıkeş, xeyirxah, mehriban, təvazökar insan, müdrik ziyalı olan Arif Paşayev, eyni zamanda, etibarlı, bütöv şəxsiyyətdir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün ən doğru yolu seçməyi bacarır, yolundan dönmür, hədəfə doğru düşünə-düşünə, addım-addım, inadla irəliləyir. Bilik və istedadı bu insani və iradi keyfiyyətləri ilə birləşərək ona daim uğur gətirir.

Dünyada tanınan bir nəslin nümayəndəsi olan görkəmli alim və ziyalı haqqında qısa qeydləri AMEA-nın prezidenti akademik Akif Əlizadənin yerində deyilmiş bir fikri ilə tamamlamaq istəyirik: Arif Mircəlal oğlu Paşayevin simasında təkcə Azərbaycan ziyalısının obrazı deyil, həm də elmi elitanın müasir düşüncə səviyyəsi təcəssüm olunur.

Elman Qədirli

AZƏRTAC-ın müxbiri

Arif Paşayev – 80İstedadı, biliyi ilə ucalan, insani və iradi keyfiyyətləri ilə nümunə olan alim VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub