İQTİSADİYYAT


79 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

Bakı, 29 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Oba market”də, “Twins Cake” ticarət obyektində, Nəsimi rayonunda “Al market”də, Cəbirə Hüseynovaya məxsus mağazada, Binəqədi rayonunda Novruz Novruzova məxsus “1001 xırdavat” mağazasında, Elnur Qənbərova, Kamil Orucova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Market FR2”də, “Ətçi mağazası”nda, “Promart” MMC-yə məxsus “Market”də, Nərimanov rayonunda Raqub Quliyevə, Kərəm Kərimova məxsus mağazalarda, Yasamal rayonunda Səməd Teymurova məxsus “Ət dükanı”nda, Xəzər rayonunda Dadaşəli Əliyevə məxsus tikinti materialları, Canbulad Əliyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda Natiq Şəfiyevə məxsus “Tikinti materialları mağazası”nda, Suraxanı rayonunda “Step ayaqqabı mağaza”sında, Elnur Səlimova məxsus “Qadın geyimləri mağazası”nda, Nizami rayonunda “Elmir market”də, “Meyvə bazarı mağaza”sında, Qaradağ rayonunda “Qaradağ market”də, Xətai rayonunda “Avto city” ticarət, Əli Məmmədova məxsus xidmət obyektlərində, Gəncə şəhərində "Super fon telefon aksesuarları mağazası”nda, “Ay mini uşaq mağazası”nda, Sumqayıt şəhərində “Qayalı market”də, “Diana market”də, Rəhman Əsgərova məxsus geyim mağazasında, Abşeron rayonunda “Bab life mağaza”da, “Emin market”də, “Ruslan market”də, Quba rayonunda Maxsud Cəbrayılova, Elnur Sultanova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Möhübbət Vəliyevə, Rəhman Cəfərova məxsus mağazalarda, Şəki rayonunda Bəylər Mərdanova məxsus mağazada, Etibar Qasımova məxsus stomatoloji kabinetdə, Şəmkir rayonunda Laura Rəhimovaya məxsus inşaat malları mağazasında, Elnur Nuruyevə məxsus pərakəndə ticarət obyektində, Lənkəran rayonunda Sarvan Əliyevə, Aydın Səfərova məxsus mağazalarda, Cəlilabad rayonunda Dürdanə Cəfərovaya, Yeganə Abdullayevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.