Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə yerində maraqlanıb.
Nazir ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, görülən işlərin keyfiyyətini yoxlayıb, tikintinin sürətini artırmaq barədə müvafiq tapşırıqlar verib.