Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub VİDEO

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi barədə məlumat verdi. Bildirildi ki, Beynəlxalq turizm və səyahətlər sərgisi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərginin əhəmiyyəti, burada iştirak edən ölkə və şirkətlərin sayı ildən-ilə artmaqdadır. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, bu il onların sayı 42-yə çatıb. Bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldular.

Qeyd edildi ki, əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti olan Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz turizm mərkəzi kimi də bütün dünyada tanınır. Son illərdə Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə bir sıra mühüm tədbirlər keçirilir. Onların arasında Bakıda hər il keçirilən beynəlxalq turizm və səyahətlər sərgisinin xüsusi rolu var. Bu sərgi ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri hesab edilir. Məhz buna görə də getdikcə sərgiyə maraq artır. Odur ki, turizm və səyahətlər sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilib. Sərgi həm turizm peşəkarlarına, həm də bütün səyahət həvəskarlarına gözəl imkanlar yaradır. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərir. Bu sərgi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda liderdir.

Bildirildi ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə yaradılıb. Qurum turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir.

Naxçıvan stendi ilə tanışlıq zamanı məlumat verildi ki, muxtar respublika burada 6 otel kompleksi ilə təmsil olunur. 1995-2015-ci illərdə Naxçıvana gedən turistlərin sayı 20 dəfədən çox artıb. Turizm sahəsinə göstərilən dövlət qayğısı, Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Ölkəmizin regionları da sərgidə geniş təmsil olunur. Burada bölgələrimizin turizm imkanları ilə bərabər milli adətlərimiz, mətbəximiz, tarixi abidələrimiz barədə ətraflı məlumat verilir.

Sərgidə təmsil olunan “Dalğa beach Aquapark” istirahət mərkəzi Abşeron yarımadasının ən mənzərəli yerlərindən olan Mərdəkanda yerləşir. Burada müştərilərin istirahətini yüksək səviyyədə təşkil etmək üçün zəruri şərait yaradılıb.

Bu sərginin daha bir mühüm xüsusiyyəti turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirmək, turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir yerə toplamaqdır.

Sərgidə regionun aparıcı aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC və onun tərəfdaşı kimi “SilkWay” şirkəti də iştirak edir. Məlumat verildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı dünyanın 18 ən yaxşı dördulduzlu terminalları sırasındadır.

İran İslam Respublikası da sərgidə iştirak edir. İran sərgiyə 5 şirkətlə qatılıb. Onlar Təbriz, Urmiya, Ərdəbil və digər şəhərləri təmsil edir. İran stendində bir otel komlpeksi də imkanlarını nümayiş etdirir.

Maldiv Respublikası isə ilk dəfədir Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə qatılıb və 5 turizm şirkəti ilə təmsil olunur. Maldivdən gələn şirkətlər əsasən yay və ekzotik turizm növləri üzrə xidmətlərini təqdim edir.

Malayziyanın turizm şirkətləri isə sərgiyə gələn qonaqlara əsasən ekzotik turizm marşrutları üzrə xidmətləri təklif edirlər.

Macarıstan artıq 3-cü dəfədir ki, sərgiyə qatılıb. Bu ölkənin stendində milli stendlə yanaşı, 3 turizm operatoru da xidmətlərini təklif edir. Burada təklif olunan turizm istiqamətləri əsasən ekskursiya, ov və tibbi istiqamətlər üzrədir.

Budəfəki sərgidə Argentina bu ölkənin Turizm Nazirliyinin milli stendi ilə təmsil olunur. Stenddə Argentinanın çayı, mətbəxi, şirniyyatları və adətləri barədə məlumat verilir.

Hindistan isə sərgiyə 2010-cu ildən qatılır. Bu dəfə əvvəlki illərlə müqayisədə buraya gələn şirkətlərin sayı artaraq 7-yə çatıb. Bu şirkətlər ekzotik və tarixi maşrtutlar üzrə turizm imkanlarını nümayiş etdirir.

İkinci dəfə sərgiyə qatılan Dominikan Respublikası 16 turizm şirkəti ilə təmsil olunur. Bu il Dominikanın turizm imkanlarını nümayiş etdirən stendin sahəsi xeyli genişlənib. Bu ölkənin şirkətləri Azərbaycan vətəndaşları üçün eksklüziv təkliflərlə çıxış edir.

Sərgidə qardaş Türkiyə 30-dan çox turizm şirkəti və idarəsi ilə təmsil olunur. Qars, Ərdahan, İqdır, Ərzurum, Alanya, Antalya, Bodrum, Mardin kimi səfalı məkanların geniş turizm imkanlarının təqdim olunduğu stenddə ziyarətçilərə yay-qış turizminin bir çox xidmətləri təklif edilir.

Sloveniyanın stendində 16 turoperator öz xidmətlərini təklif edir. Buraya əsasən tibbi-müalicəvi istiqamətlər daxildir.

Builki turizm sərgisinə Litva 16 şirkətlə qatılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış oldular.

Sərgidə Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir. Sərgi iştirakçıları arasında dünyanın nüfuzlu şirkətləri də var. Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır. Sərgidə dünyanın aparıcı şirkətlərindən olan “Lactalis” şirkəti də məhsullarını nümayiş etdirir. Dünyanın 37 ölkəsində müəssisələri olan şirkət dünyada pendir istehsalı üzrə liderlərdən biridir.

Dövlətimizin başçısı “CIBS-2015” II Xəzər Beynəlxalq katerlər və yaxtalar sərgisinə də baxdı. Bu sərgi Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı, yaxt-klublar, su idmanı, su nəqliyyatı və bu istiqamətdə digər sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbirdir. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir.

Sərgilərlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olundu.

Dövlətimizin başçısı sərgilərin işinə uğurlar arzuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub VİDEO

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər