Qusarda məktəbli qızlar voleybol birinciliyində qüvvəsini sınayır VİDEO
Qusar, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Olimpiya İdman Kompleksində ümumtəhsil məktəbləri komandaları arasında voleybol üzrə açıq rayon birinciliyi keçirilir.
AZƏRTAC xəbər verir ki, məktəbli qızlar arasında keçirilən turnirdə şəhər, kənd və peşə məktəblərini təmsil edən 8 komanda medallar uğrunda mübarizə aparır. 150-yə yaxın şagirdin cəlb olunduğu birincilik dairəvi sistem üzrə təşkil edilib.
Yarışın qalibləri dekabrın 25-də müəyyənləşəcək. İlk yeri tutan komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılacaq.