Britaniya alimləri insan embrionları sahəsində araşdırmanın davamı üçün xüsusi icazə alıblar VİDEO
London, 2 fevral, AZƏRTAC
Britaniya alimləri genetik insan emrionlarının dəyişdirilməsi sahəsində tədqiqatın davam etdirilməsi üçün hökumətdən xüsusi icazə almağa nail olublar.
Bu tədqiqatla Birləşmiş Krallıq tarixində DNT dəyişdirilməsi metodundan ilk dəfə olaraq istifadə ediləcək.
Tədqiqat Londonda “Francis Crick” İnstitutunda keçiriləcək və məqsədi insan həyatının ən qədim anlarının daha dərindən öyrənilməsi olacaqdır. DNT dəyişdirilməsi metodu ilə alimlər daha dərindən manipulyasiya etmək imkanı əldə edəcəklər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London