CƏMİYYƏT


“Əl Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb VİDEO

Qahirə, 21 noyabr, AZƏRTAC

Nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və Füzuli Beynəlxalq Hava Limanı haqqında reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli sakini, müəllim Zamin Həziyev işğaldan azad edilmiş bu rayonda məktəblərin fəaliyyətindən bəhs edib.

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və Füzuli Beynəlxalq Aeroportunun meneceri Zaur Qasımov telekanala müsahibələrində Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat veriblər.

Reportajda, həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri də əks olunub. Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.