MƏDƏNİYYƏT


Almaniya qəzeti gənc azərbaycanlı skripkaçı haqqında yazır

Berlin, 15 oktyabr, AZƏRTAC

Almaniyanın “Badische Neueste Nachrichten” qəzetində dərc edilən "Müxtəliflik və istedad musiqi günlərində sənətdən həzz almağa səbəb olur" adlı məqalədə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı skripkaçı Fəridə Rüstəmovanın oktyabrın 19-da Veinqarten şəhərində konsert proqramı ilə çıxış edəcəyi haqqında məlumat verilir.

AZƏRTAC xəbər verir ki, qəzet oxucuları Fəridə Rüstəmova haqqında məlumatlandırır. Bildirilir ki, 6 yaşından musiqi təhsili almağa başlayan və Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini başa vuran on beş yaşlı skripkaçı təhsilini Almaniyada davam etdirir. Fitri istedada malik olan gənc skripkaçının bu və sonrakı təhsilini müvəffəqiyyətlə başa çatdırdığı və hazırda Karlsruhe şəhərində, professor Rissin sinfində solist kimi təhsilini davam etdirdiyi vurğulanır. Onun təhsil aldığı müddətdə musiqi müsabiqələrinə qatıldığı və çox sayda mükafatlara layiq görüldüyü qeyd olunur. Həmçinin Baden Mədəniyyət Fondu və Yehudi Menuhin Fondunun stipendiyalarına layiq görüldüyü diqqətə çatdırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.