REGİONLAR


Astarada 3313 hektar sahədə yazlıq əkin aparılıb

Bakı, 10 may, AZƏRTAC

Astara rayonunda yazlıq bitkilərin əkini sürətlə davan etdirilir və artıq 3313,3 hektar sahədə əkin aparılıb.

Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, indiyədək əkilən yazlıq bitkilərin sahəsi ötən ilin müvafiq dövründəkindən 46,3 hektar çoxdur. Əkinçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları artıq 1440,8 hektar sahədə tərəvəz, 934,2 hektarda kartof, 226,3 hektarda bostan bitkiləri, 550,5 hektarda dənli və dənli paxlalı bitkilər, 161,5 hektarda yonca əkiblər. Əkinçilər bu mühüm kampaniyanın vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, cari mövsümdə rayonda 4000 hektardan çox sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.