REGİONLAR
Astarada əsas kapitala yönəldilmiş investisiyanın həcmi açıqlanıb
Astara, 16 fevral, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda 2022-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 54691,1 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97,5 faiz çox vəsait yönəldilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib. Rayonda 2022-ci ildə ümumi sahəsi 8186 kvadratmetr olan 78 ev tikilib istifadəyə verilib. Ümumi sərmayənin 54,5 faizi dövlət, 45,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönələn vəsaitin 49296,6 min manatı və ya 90,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə tikinti müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yerinə yetirilən tikinti işlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz azalaraq 3561,7 min manat olub. Ümumi tikinti işlərinin 58,9 faizini əsaslı təmir, 41,0 faizini cari təmir, 0,1 faizini isə sair işlər təşkil edib.
Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi tikinti işlərinin 41,1 faizini, 58,9 faizini isə qeyri-dövlət tikinti müəssisələri həyata keçiriblər.