CƏMİYYƏT


Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 21 iyun, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubişi” markalı avtomobilinin şüşəsinin sındırılaraq içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum edilən paytaxt sakini Emil Məstənov olduğu müəyyənləşdirilib. Həmin şəxsin digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayonda daha üç avtomobildən pul və sənəd oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

DİN bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.