RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub VİDEO

Davos, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulandı, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin