İDMAN


Azərbaycan cüdoçuları Kamerunda 5 medal qazanıblar

Bakı, 10 noyabr, AZƏRTAC

Kamerunda cüdo üzrə Afrika açıq kuboku yarışı təşkil edilib.

Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər cüdoçumuz, 52 kiloqram çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq ikinci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Afrika açıq kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.