Azərbaycan gimnastı Berlində keçirilən yarışda 1 qızıl və 3 bürünc medal qazanıb
Bakı, 21 iyun, AZƏRTAC
Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Mehriban Tağıyeva yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.
Qalib və mükafatçılara yarışın medalları təqdim edilib.