ELM VƏ TƏHSİL


Azərbaycan ilə İsrail arasında elm, təhsil sahəsində əməkdaşlıq genişlənir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərovun iştirak etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə İsrail Milli Elmlər Akademiyasında görüş keçirilib. Görüşdə iki ölkənin ali məktəbləri arasında əlaqələr, həmçinin elm sahəsində əməkdaşlığın gücləndirilməsi və perspektivlər müzakirə olunub.

Səfər yanvarın 24-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.