SİYASƏT
Azərbaycan regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini də diqqətdə saxlayır
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Azərbaycan regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi məsələsini də diqqətdə saxlayır və bu istiqamətdə Gürcüstanla sıx əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstan ilə birlikdə bütün regional layihələrin təhlükəsizliyini təmin etməyə çalışır. Bu prosesdə Gürcüstanla yanaşı, digər regional ölkələr də iştirak edir.
Diplomat deyib ki, Azərbaycan, Gürcüstan və digər strateji tərəfdaşlar bütün beynəlxalq ictimaiyyətdən münaqişədə haqlı tərəfi birmənalı şəkildə dəstəkləməyi tələb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi