CƏMİYYƏT


Azərbaycanlı foneatr Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin konqresində iştirak edib

Bakı, 4 iyul, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli Bişkek şəhərində keçirilən Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin konqresində iştirak edib.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə azərbaycanlı foneatr Qırğızıstan Tibb Akademiyası otorinolarinqologiya kafedrasındakı həmkarlarına və gənc həkimlərə səs xəstəliklərinin müalicəsi ilə əlaqədar seminar keçib və onlarla birlikdə səs problemləri olan xəstələrin müayinəsini aparıb. O, konqresin elmi proqramında "Foniatriyanın əsasları" mövzusunda çıxış etməklə yanaşı, həm də "Gənc otorinolarinqoloqlar" panelinin moderatoru olub.

Dosent Ramil Həşimli müxtəlif ölkələrdən konqresdə iştirak edən həmkarlarını sentyabrda keçiriləcək Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin konqresinə dəvət edib. Konqresin gedişində onun baş katib olduğu Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi cəmiyyətinin İdarə Heyətinin iclası keçirilib, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub və sentyabrda Bakıda keçiriləcək konqresdə genişləndirilmiş İdarə Heyətinin iclasında növbəti iki il üçün fəaliyyət planının müzakirə edilərək qəbul olunması qərarı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.