İQTİSADİYYAT


“Azərsu” yanında İctimai Şuranın üzvlərinin irəli sürdüyü təkliflər müzakirə edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azərsu” ASC yanında İctimai Şuranın (İŞ) iclası keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində Şuranın davranış kodeksi və reqlamenti, həmçinin digər məsələlər yer alıb. Ötən iclasda Şura üzvlərinin irəli sürdüyü təkliflər yenidən müzakirə edilib, İŞ-nın etik davranış kodeksi və reqlamenti qəbul olunub.

Cari məsələlərdə Şuranın loqosunun və blankının təsdiq olunması, daxil olan şikayət və ərizələrin elektron sisteminin yaradılması, ötən iclasda Şuranın fəaliyyətinə dair irəli sürülən təkliflərə əlavələrin edilməsi ilə yenidən sistemləşdirilməsi, kargüzarlıqla əlaqədar işin təşkili, “Azərsu” kollegiya iclaslarında İŞ nümayəndəsinin iştirakının təmin edilməsi, müvafiq ictimai şuralarla və əlaqədar qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlıq memorandumunun imzalanması, Şuranın fəaliyyətinin daha səmərəli təşkil olunması və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İrəli sürülən təkliflər əsasında İŞ-nın fəaliyyət proqramının tərtib olunması qərara alınıb.

Fəaliyyət müddətində İŞ üzvlərinə vətəndaşların, QHT-lərin və media nümayəndələrinin etdiyi müraciətlərlə əlaqədar ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən bütün məsələlərə operativ reaksiya verilib və aidiyyəti qurumlara yönləndirilib. Buna görə də “Azərsu”nun rəhbərliyinə və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına minnətdarlıq ifadə olunub.

Şuranın sədri Rauf Zeyni bundan sonra da Şura və “Azərsu” arasında effektiv və faydalı əməkdaşlığın aparılması, şəffaflığın, ictimai nəzarətin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.