BMT “dzud”dan ziyan görmüş Monqolustan üçün 2,4 milyon dollar yardım ayırıb
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Bu gün BMT özünün Fövqəladə vəziyyətlərə reaksiya Mərkəzi Fondundan Monqolustanda humanitar layihələrin maliyyələşdiriməsinə 2, 4 milyon dollar vəsait ayırıb. Bu qərar Monqolustanın üzləşdiyi “dzud” adı ilə tanınan quraqlıq və təbii fəlakətlə bağlıdır.
AZƏRTAC BMT Xəbər Mərkəzinə istinadla xəbər verir ki, 2015-ci ilin dekabrından “dzud” Monqolustan əhalisi üçün əsl fəlakətə çevrilib. O, ölkə ərazisinin 60 faizini əhatə edib.
Ötən quraq yay sərt qışla əvəz olunub. Ölkənin əksər hissələrində mal-qaranın normal otlağı yoxdur.
Fövqəladə vəziyyətlərə reaksiya Mərkəzi Fondu BMT-nin humanitar fəaliyyətinin mühüm komponentidir. Bu təşkilat mütəmadi olaraq könüllü ianələr qəbul edir. Fondun həmişə maliyyə vəsaiti olur, bunun nəticəsində BMT “təcili yardım” kimi fəaliyyət göstərmək imkanı qazanır. Fondun ehtiyatları konkret ölkələr, yaxud böhranlar üçün nəzərdə tutulmur. Vəsait daha çox lazım olan yerə yönəldilir.

Xəbərin mətnində orfoqrafik səhv var