“Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Gender bərabərliyi sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və tabeliyində olan qurumlarının əməkdaşlarına “Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı tərəfindən keçirilən təlim çərçivəsində iştirakçılara gender bərabərliyi anlayışı, bu bərabərliyin təmin olunmasına mane olan əsas amillər, gender bərabərliyi sahəsində dövlət siyasəti, iş mühitində gender yanaşması, müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklər, gender üzrə məsul şəxslərin vəzifə və öhdəlikləri, eləcə də iqlim dəyişikliyinin qadınlara sosial-iqtisadi təsirləri barədə ətraflı məlumat təqdim olunub.
Təlim interaktiv formada keçirilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [18:07]
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
- 04.02.2026 [13:25]
Çovğun müşahidə edilir
- 04.02.2026 [12:48]
Sabah səhər yağıntılar tədricən kəsiləcək VİDEO
- 03.02.2026 [13:03]
Sabah qar yağacaq, güclü külək əsəcək
- 02.02.2026 [18:44]