AQTİS-də idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmət davam etdirilir
Bakı, 5 fevral, AZƏRTAC
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinin optimallaşdırılması, qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTİS vasitəsilə idxal və ixrac ilə məşğul olan sahibkarlar sistemə fasiləsiz və rahat daxil olur və elektron qaydada müraciət edərək icazə sənədlərini minimum vaxt itkisi ilə əldə edirlər.
Həmçinin agentlik digər müvafiq dövlət qurumları ilə birlikdə təsdiq edilmiş iş rejiminə uyğun olaraq fəaliyyət göstərir.
Bundan əlavə, sahibkarlıq subyektləri üçün proseslərin daha çevik və effektiv təşkili sahəsində AQTİS sistemində təkmilləşdirmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [19:47]
Berlin 33-cü beynəlxalq meyvə-tərəvəz sərgisində ölkəmiz də təmsil olunur
- 05.02.2026 [19:39]
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub
- 05.02.2026 [18:51]