Azərbaycan Kuboku: “Qarabağ” səfərdə “Şamaxı”ya uduzub
Bakı, 5 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, sonuncu oyun günündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində qolları 26 və 41-ci dəqiqələrdə Karim Rossi vurub. Ağdam klubunda isə 76-cı dəqiqədə Musa Qurbanlı diqqət mərkəzinə düşüb.
Digər matçda “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.
Ötən gün baş tutan “Sumqayıt”–“Zirə” və “Sabah”–“Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]