Günay Əfəndiyeva: Bu gün Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır
Bakı, 5 fevral, Günel Alıyeva, foto Azər İbrahimov, AZƏRTAC
Bu gün Azərbaycan Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır. Bu sərgi adi sərgi deyil. Çünki burada mənəvi dəyərlərimiz və mədəni irsimiz incəsənətlə qovuşur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib.
Onun sözlərinə görə, Zirə Cümə məscidi də daxil olmaqla, rayon və şəhərlərimizdə zəngin irsimiz, mədəni abidələrimiz, dini və tarixi yadigarlarımız mövcuddur.
“Bunların hamısını üzə çıxarmaq, mərkəzə gətirmək, sonra isə mərkəzdən dünyaya təqdim etmək lazımdır. Bu günədək qorunub saxlanılan irsimizi üzə çıxarmaq və bu təşəbbüsü alqışlamaq lazımdır”, – deyə Günay Əfəndiyeva əlavə edib.
Deputat qeyd edib ki, dini ibadətgahlarımız bu gün eyni zamanda mədəniyyət mərkəzi kimi də təqdim olunur: “Bu məkanlarda qorunub saxlanılan xalçalarımız, kilimlərimiz, eləcə də müxtəlif tətbiqi sənət nümunələri bir daha göstərir ki, nə qədər zəngin mirasımız var. Bunların hər biri bir sübutdur, dəlildir. Düşünürəm ki, bu irsdən düzgün istifadə edib onu dünyaya çatdırmaq lazımdır”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:35]
Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək
- 05.02.2026 [12:47]