İDMAN


Badmintonçularımız reytinq siyahısında irəliləyiblər

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycanlı badmintonçular Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Beynəlxalq Badminton Federasiyasının açıqladığı yeni reytinq siyahısında irəliləyiblər.

AZƏRTAC Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, hesabında 19 min 810 reytinq xalı olan Edi siyahıda 83-cü pillədə qərarlaşıb. Cədvəldə 3 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 11 min 220 xalla 155-cidir. Edi-Ezmi tandemi kişi badmintonçuların qoşa reytinqində də irəliləyişə nail olub. Badmintonçularımız 21 min 200 xalla 66-cı sıradadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.