REGİONLAR


Cəlilabadlılar Qurban bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

Cəlilabad, 22 avqust, Bağır Əliyev, AZƏRTAC

Qurban bayramı Cəlilabad şəhərində də yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayramla bağlı keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimyyətinin başçısı Namiq Zeynalov qeyd edib ki, müsəlman aləminin ən gözəl bayramlardan biri Qurban bayramıdır. Bu bayramla əlaqədar rayonda təşkil edilən mərasimlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edilir.

Digər çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin qorunması sahəsində görülən işlərdən danışaraq Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasında misilsiz xidmətləri olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra dualar oxunub və qurbanlar kəsilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.