ELM VƏ TƏHSİL


Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılıb. Sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı da Azərbaycanın bu təşəbbüsünü dəstəkləyib və layihəyə qoşulmaq niyyətini bildirib. Bu məqsədlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təqdimat tədbirində iştirak edəcək startapların seçimi üzrə müsabiqə təşkil edilir.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin ilk turunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının, o cümlədən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş layihələrin təqdimatları dinlənilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Müsabiqənin növbəti turları yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, ölkəmizin təqdimat tədbirinin 2018-ci il noyabrın 21-də Cenevrədə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.