Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Azərbaycan türklərinin Brüssel mitinqinin iştirakçıları dünya ictimaiyyətinə çağırış ediblər

Cənubi Azərbaycan türklərinin Brüssel mitinqinin iştirakçıları dünya ictimaiyyətinə çağırış ediblər

Bakı, 25 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, martın 25-də Belçikanın paytaxtı Brüsseldə Cənubi Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq, ədalət və milli hökumət” şüarı altında izdihamlı mitinq keçirilib.

AZƏRTAC xəbər verir ki, mitinq iştirakçıları yürüşün yekun bəyanatını və tələblərini səsləndiriblər.

Azad dünya ictimai rəyinə çatdırılıb ki, yüz ilə yaxındır İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar, bir sözlə, var-yoxu talan edilib və onların hər hansı bir haqq, hüquqi tələb uğrunda başlatdıqları hərəkatlar ən şiddətli şəkildə repressiyaya məruz qalıb.

Vurğulanıb ki, Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan türk millətinə və İranın digər türk toplumlarına ən ağır təzyiqlər göstərib, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxıb. Azərbaycan türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bəri davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan türk milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə “Yox!” dedi, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanununun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmadı.

Qeyd olunub ki, hazırda İslam Respublikası rejimi iflas həddinə çatıb və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan edirlər. Son aylardakı etirazlarda Azərbaycan türk milləti və digər türk toplumlar, Qaşqay türkləri Tehrandan tutmuş Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizədə qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar öz pozulmuş hüquqlarını ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər.

Bu gün dünyanın gözünün İran xalqlarında olması səbəbsiz deyil, dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymətləndirir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standartlar az deyil. Xüsusilə də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli medianın məzlum xalqlara, o cümlədən Cənubi Azərbaycan türk millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət yürütmür.

Son aylarda beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində Cənubi Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət xadimi Prezident İlham Əliyev olub. Biz buradan cənab Prezidentə təşəkkür edib minnətdarlığımızı bildir, möhtərəm Prezidentdən Cənubi Azərbaycanın səsini daim əks etdirməsini, beynəlxalq arenada haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik.

Bu gün Cənubi Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını aləmə car çəkən gənclərin səsi olmaq üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da, ancaq hər bir xalqın öz tələbləri vardır. Cənubi Azərbaycan türklərinin başlıca tələbləri bunlardır:

- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməsini, İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik;

- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyir, bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vaz keçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik;

-İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib, aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyətdən və insan haqları təşkilatlarından İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşı təzyiq göstərməyi, bu istiqamətdə lazımi addımlar atmağı tələb edirik;

- İran rejimi davamlı olaraq qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilindəki xarici vətəndaşlara qarşı adam oğurluğu cinayəti və terror aktları həyata keçirir. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaşmağı, İran rejiminin əsas hərbi və iqtisadi qolu olan SEPAH-ı terror təşkilatları siyahısına salmasını tələb edirik. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşkilatdır;

- Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir, bütün gücümüzlə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk;

- Biz İran rejiminin rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik;

- İran rejimi bilərəkdən qadın və qızlara qarşı ən qəddar və vəhşi cinayətlərə əl atır, onlara qarşı kimyəvi hücumlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik;

- Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini, İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çoxmillətli və çoxmədəniyyətli ölkə olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik. “Tək millət, tək dil, tək vətən” ideologiyasının əleyhinəyik;

- Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, qaşqayi, türkmən, Xorasan və digər türklərin assimilyasiyası istiqamətində müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik;

- İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyinetmə tələbləri var. “Azadlıq, ədalət, milli hökumət” şüarı bu gün Cənubi Azərbaycanda, qaşqayilərdə, türkmənlərdə ən çox eşidilən və əslində, tələblərimizi yekunlaşdıran şüardır. Dünyanın azadlıqsevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda mübarizəmizə dəstək vermələrini istəyirik;

- İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhv edib. Urmiyə gölünün qəsdən qurudulması Cənubi Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilib, on milyonlarla insanın həyatına təhlükə yaradıb, ətrafdakı bütün canlılara və ekologiyaya ciddi ziyan vurur. Biz beynəlxalq ictimaiyyətdən Urmiyə gölünü xilas etmək üçün çox gec olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik;

- Son etirazlar zamanı Cənubi Azərbaycanda və İranın digər türk bölgələrində xüsusilə qaşqayi türkləri arasında çox sayda gəncimiz şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə soydaşımız qanunsuz həbs edilib. Bunların hamısı İranın daxili və xarici müxalifət qüvvələri, media qurumları tərəfindən boykot olunaraq, geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan türklərinə və İranda yaşayan digər türklərə qarşı belə ayrı-seçkilik siyasətini pisləyir və bunu şiddətlə qınayırıq.

Yaşasın azadlıq və ədalət!

Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb