CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin və Vəkillər Kollegiyasının “ProDemos-Xalq üçün” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Konfransda çıxış edən DMX-nin rəisi Vüsal Hüseynov açıq hökumət sahəsində maarifləndirmənin vacibliyi və əsas prinsipləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mühüm addım oldu. Vüsal Hüseynov, həmçinin innovativ yanaşma, dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin həyata keçirilməsi, dövlət orqanlarının yanında ictimai şuralar barədə gəncləri maarifləndirib.

Sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəqəmsal inkişaf və hüquqi maarifləndirmə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Katibliyinin rəhbəri Əliməmməd Quliyev isə hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsindən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “ProDemos-Xalq üçün” layihəsinin məqsədi bu problemlərin “sosial şəbəkə”lər vasitəsilə həlli, xüsusilə qanunvericilikdə ictimai əhəmiyyət kəsb edən yeniliklərin sadə dildə izahı və hüquqi yardıma ehtiyacı olanlara dəstək verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.