Dünya Bankı Özbəkistanda 5 milyard dollar dəyərində 25 layihə həyata keçirib
AzerTAg.az
Daşkənd, 22 yanvar, АZƏRTAC
Dünya Bankı Qrupu 2016-2021-ci illərdə Özbəkistanın Buxara, Qaşqadərya və Surxandərya vilayətlərində 5 milyard dollar dəyərində 25 layihə həyata keçirib.
AZƏRTAC Özbəkistanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həyata keçirilən 25 layihə bu vilayətlərdə sənaye və kənd təsərrüfatının bütün sahələrini əhatə edir.
Məlumatda bildirilir ki, Dünya Bankı 2022-2026-cı illərdə Özbəkistanın Səmərqənd, Cizzak və Sırdərya vilayətlərində analoji layihələri həyata keçirmək niyyətindədir.
Bankın Özbəkistandakı nümayəndəsi Marko Mantovanellinin həyata keçiriləcək layihələrlə bağlı bu vilayətlərin nümayəndələri ilə görüşləri planlaşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var