SİYASƏT
Düşmən Ağcabədinin Sarıcalı və Taynaq kəndlərini artilleriya atəşinə tutub
Ağcabədi, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yanıb. Taynaq kəndi ərazisindəki yeməkxanaya top mərmisinin düşməsi nəticəsində 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, mülki infrastruktur obyektlərə ziyan dəyib.
Erməni vəhşiliyinin izlərini fotolarda təqdim edirik.