SİYASƏT
Erməni faşistləri Ağdam rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir – FOTO
Ağdam, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində rayonun Təzəkənd kəndində 3 evə, modul tipli məktəbə və çayxanaya ziyan dəyib, 3 baş heyvan tələf olub. Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 3 ev dağılıb, 10 evə ziyan dəyib.
AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun çəkdiyi fotoları təqdim edirik.