SİYASƏT
Ermənistan silahlı qüvvələri Goranboy rayonuna daha bir raket atıb VİDEO
Goranboy, 6 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun “Smerç” reaktiv yaylım atəşi sistemindən atdığı raket Goranboy rayonu ərazisinə düşüb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, raket boş əraziyə düşüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə əməliyyat meneceri Mədət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, düşmən tərəfindən Goranboy rayonu ərazisinə “Smerç” sistemindən atılmış raket başlığının partlaması nəticəsində onun içərisində olan bombletlər 200 metr radiusda səpələnib. Hazırda ANAMA ərazidə təmizləmə əməliyyatları aparır. Əməliyyatlar çətin və mürəkkəb şəraitdə aparılır və gərgin iş tələb edir. Bu bombalar silahlar arasında ən təhlükəli olanlardandır.