Forbes: Donald Tramp ABŞ-ın ən varlı 400 insanı siyahısından çıxmaq üzrədir
Bakı, 3 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara enib və nəticədə o, ABŞ-ın ən varlı 400 insanı siyahısında (Forbes-400) 138 pillə geriləyib.
AZƏRTAC xəbər verir ki, Forbes jurnalının məlumatına görə, 2015-ci ildə Trampın varidatı 4,5 milyard dollar təşkil edirdi. Beləliklə, ötən müddət ərzində o, 1 milyard dollardan çox pul itirib. 2017-ci ildə dərc olunan analoji reytinqdə Tramp 248-ci pillədə yer almışdı.
Forbes siyasi və biznes faktorlarının bir arada olmasını Trampın varidatının azalmasının əsas səbəbi kimi göstərir. Əsasən də mətbuatın prezidentə neqativ münasibəti və onun daşınmaz əmlak biznesinin təzyiq altında qalması qeyd olunur.
“Donald Tramp nə qədər çalışsa da, prezidentlik sayəsində varlana bilməyəcək”, - jurnal belə yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [22:58]
ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır
- 16.09.2026 [22:48]
Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur
- 16.09.2026 [22:45]
İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub
- 16.09.2026 [22:37]
FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb
- 16.09.2026 [22:12]
“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır
- 16.09.2026 [19:47]
Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib
- 16.09.2026 [18:54]