Formula 1 şirkətinin Avstriyada reallaşdıracağı yeni təşəbbüs koronavirusla mübarizəyə həsr olunacaq
Bakı, 24 iyun, AZƏRTAC
Formula 1 şirkəti 2020-ci il mövsümü ərəfəsində idmanın və beynəlxalq ictimaiyyətin üzləşdiyi ciddi problemlərə, xüsusilə COVID-19-a qarşı mübarizənin və irqçiliyin və bərabərsizliyin qınanmasına yönəlmiş #WeRaceAsOne təşəbbüsünə başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iyulun 3-5-də Avstriyada keçiriləcək yarış həftəsonu ərzində Formula 1 komandaları və tərəfdaşları avtomobillərində göy qurşağı görüntüsü olan əsas işçilərə və şəxslərə təşəkkür edəcəklər.
Qurumun mətbuat xidmətindən verilən rəsmi açıqlamada göy qurşağının son böhran dövründə beynəlxalq birləşmənin simvolu olduğu bildirilib. Vurğulanıb ki, Şpilberqdə Formula 1 irqçiliyə qarşı mübarizəni dəstəkləyən tədbirlər keçirəcək. Keçiriləcək tədbirlərin təfərrüatları bu həftə ərzində açıqlanacaq.
Eyni zamanda, layihənin bir həftəsonu və ya hətta bir mövsüm üçün nəzərdə tutulmadığı, onun davam etdiriləcəyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]