İQTİSADİYYAT


Gələn il əsas kapitala investisiya qoyuluşu 18,3 milyard manat proqnozlaşdırılır

Bakı, 21 oktyabr, AZƏRTAC

Gələn il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında məlumat verib.

Nazir deyib: “Bu investisiyaların 7,7 milyard manatı neft sektoruna, 10,6 milyard manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51 faizdən 2019-cu ilin avqust ayının sonuna 27,8 faizə enib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.