NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib
Bakı, 13 may, AZƏRTAC
İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-na yenidən əməliyyat çıxışı əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb.
Mənbələrin sözlərinə görə, İran yeraltı raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, həmçinin mobil raket qurğularının və müharibədən əvvəlki arsenalının 70 faizini bərpa edib.
Qeyd olunur ki, bu vəziyyət Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər.
Nəşr, həmçinin bildirir ki, yeni kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının zəiflədilməsi ilə bağlı açıqlamalarını tam təsdiqləmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]