REGİONLAR


Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib

Gəncə, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün keçirilməsində məqsəd şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin təklif və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi olub.

İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin Fərmanına əsasən şəhid ailələrinin hər birinə 11000 manat məbləğində birdəfəlik ödəmənin verilməsini onların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldiyini bildirib, bu insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sonra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətləri dinlənilib. İşlə təminat, sanatoriyalara göndərişlərin verilməsi, müalicəyə ehtiyacı olanların həkim nəzarətinə götürülməsi, qəzalı evlərin təmiri kimi məsələlər səslənən müraciətlərin əsasını təşkil edib. Görüşdə su, qaz və elektrik enerjisi təminatı ilə bağlı şikayətlər də olub.

Səsləndirilən problemlərin bir çoxunun dərhal həll edilməsi, digərlərinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində aidiyyəti qurum və təşkilatlara müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.