REGİONLAR


Göyçayın nar bağlarında bol məhsul yetişib

Göyçay, 21 avqust, AZƏRTAC 

Ötən il 31 min 107 ton nar istehsal olunan Göyçayda cari mövsümdə 35 min ton məhsul yığılacağı proqnozlaşdırılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il 16 hektarda yeni bağ salınıb və nar bağlarının sahəsi 3627 hektara çatdırılıb. Bunun 3327 hektarı bar verəndir.

Mütəxəssislər bu il hava şəraitinin narçılıq üçün əlverişli olduğunu söyləyirlər. Xüsusilə Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm və Mirzəhüseynli kəndlərinin ərazilərində bağlardakı mövcud vəziyyət yüksək məhsuldarlıqdan xəbər verir.

Göyçaylı narçılar bu il də respublika bazarlarını “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” və digər növlərdən olan dadlı və ləzzətli narla təmin edəcəklərini, eləcə də xarici bazarlara çıxacaqlarını söyləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.