SİYASƏT


Gürcüstan və Türkiyə parlamentlərinin rəhbərləri regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Tbilisi, 13 fevral, AZƏRTAC

Türkiyədə səfərdə olan Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

Gürcüstan parlamentindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə olunub.

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin dövlətlərimiz arasındakı əlaqələrin möhkəmlənməsində və xalqlarımızın rifah halının daha da yaxşılaşmasındakı rolu xüsusi qeyd olunub.

Tərəflər iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd ediblər.

Söhbət zamanı regional münaqişələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi qeyd edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.