Gürcüstanda kilsə himnini və milli folklor nümunələrini öyrədən musiqi məktəbləri açılır
Tbilisi, 21 aprel, AZƏRTAC
Gürcüstanda milli mahnı və musiqiləri, folkloru öyrədəcək 30-a yaxın məktəb açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze məlumat verib.
Bildirib ki, Gürcüstanda kilsənin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramı çərçivəsində artıq 20 məktəb açılıb və bu məktəblərdə 800 uşaq gürcü xalq mahnılarını və kilsədə ifa olunan himni öyrənir. Daha 6 belə məktəb də açılacaq.
Onun sözlərinə görə, növbəti mərhələdə Gürcü Folkloru Mərkəzi yaradılacaq.
Baş nazir deyib: “Öz milli adət-ənənələrini, sərvətini, folklorunu, tarixini unudan xalqın, millətin gələcəyi olmaz. Mən gürcü, xristian ailəsində böyümüşəm. Düşünürəm ki, milli folklorumuzu inkişaf etdirmək milli maraqlarımıza tam uyğundur”.
Məlumat üçün qeyd edək ki, kilsə himni gürcü xalqının qədim çoxsəsli folklor musiqisi hesab olunur və 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Xəatyi Əzizov
AƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]