Azərbaycan Dövlət İnformasiya Agentliyi

Habip Asan: Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb

Habip Asan: Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb

Bakı, 25 iyul, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Keçid və İnkişaf Etmiş Dövlətlər departamentinin (TDC) direktoru Habip Asan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla görüşündə bildirib ki, Azərbaycanda əqli mülkiyyət sisteminin optimal idarəetmə institutu formalaşıb.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Görüş bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən ÜƏMT-nin 63-cü Baş Assambleyasının iclasları çərçivəsində onlayn rejimdə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri sayəsində ölkədə həyata keçirilən islahatlar siyasəti nəticəsində əqli mülkiyyət sahəsində baş verən institusional dəyişikliklər barədə K.İmanovun ətraflı məlumatını dinləyən H.Asan qeyd edib ki, ölkəmizin əqli mülkiyyət sisteminin idarəçiliyinin yeni strukturunun yaradılması barədə məlumatlı idi, lakin hazırkı görüş ona daha aydın təsəvvürlər yaratmaq imkanı verdi. Azərbaycanın mövcud idarəetmə institutu funksionallıq baxımından düzgün qərarlar qəbul etmək üçün optimaldır və bir çox ölkədə həyata keçirilməsinə çalışılan seçimdir.

O, həmçinin vurğulayıb ki, K.İmanovun idarəçilik təcrübəsi əqli mülkiyyət institutunun fəaliyyətinə önəmli fayda verəcək.

Baş verən institusional dəyişikliklərin mahiyyətini açan K.İmanov bildirib ki, burada əsas məqam əqli mülkiyyət sahəsində çalışan təşkilatları bir araya gətirmək, bu strukturların birgə fəaliyyət göstərməsini təmin etmək və bununla onların işinə yeni impuls verməkdir. Bu, yeni iqtisadi nəzəriyyə - neoinstitualizmə uyğun olaraq, tranzaksiyaların (istehsal prosesində itkilərin) aradan qaldırılmasına nail olmağa imkanlar yaradır.

Bununla yanaşı, Agentliyin rəhbəri vurğulayıb ki, belə idarəetmənin nəticəsi həm səlahiyyətlərin, eyni vaxtda, məsuliyyətin artmasıdır.

Əqli mülkiyyət institutunun perspektivlərindən danışan K.İmanov qeyd edib ki, ÜƏMT-nin da bəyan etdiyi kimi, əqli mülkiyyətin rolu, onun təsiri müasir dövrdə hər bir sahəyə sirayət edirsə, əqli mülkiyyət texnologiyalarla uzlaşmalı, onlara qarşı çıxmamalı, əksinə, uyğunlaşaraq, yeni nailiyyətlərin əldə olunmasına gətirməlidir. “Azərbaycanda belə bir fikir formalaşıb ki, əqli mülkiyyət özlüyündə yalnız hüquqların qorunmasına dair rəsmi sənədlərin verilməsi işi ilə bitmir. Bura digər məsələlər də daxildir: bir tərəfdən, əqli mülkiyyətin iqtisadiyyatı, digər tərəfdən - sosioloji məsələlər. Yəni üçlük olaraq hüquq, iqtisadiyyat və sosial aspekt birgə nəzərə alınmalıdırlar. Bu, əqli mülkiyyətin mahiyyətini ifadə edən və ondan doğan fəlsəfi yanaşma və praktiki tələbdir”, - deyə Kamran İmanov bildirib.

Məhz bu səbəbdən bütün qorunan əqli mülkiyyət obyektləri Azərbaycanda vahid dövlət müəssisəsində cəmləşib, onun idarəçiliyinə verilib. Bu, o cümlədən dövlət siyasəti kimi müəyyən stimullaşdırıcı addımların atılmasını asanlaşdırır. Məsələn, ixtiraçılara yardım göstərmək məqsədilə dövlət PCT sistemi üzrə ödəmələrin 50 faizini öz üzərinə götürüb. K.İmanovun sözlərinə görə, bu böyük və vacib məsələdir.

Agentliyin strukturu barədə danışarkən, K. İmanov xüsusi olaraq yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin məqsədini qeyd edib: patent analitikası vasitəsilə ən yaxşı patentləri seçib, onlara maliyyə vəsaiti ayırmaqla kommersiyalaşdırmaq, innovasiyaya çevirmək.

Bununla əlaqədar H.Asan deyib ki, ÜƏMT bu məsələyə çox önəm verir və Azərbaycana bu işləri reallaşdırmaq üçün lazım olunan dəstək göstəriləcək.

Görüşdə, həmçinin Əqli Mülkiyyət Agentliyinin treninq mərkəzi bazasında ÜƏMT Akademiyasının filialının yaradılması, Azərbaycanın ənənəvi biliklər və ənənəvi mədəni ifadələr (folklor) sahəsində qanunvericilik təcrübəsinin təşviqi, Azərbaycanın coğrafi göstəricilərinin qeydiyyatı və qorunması, birgə milli və regional tədbirlərin, o cümlədən əqli mülkiyyət və innovasiyalı iqtisadiyyat, Azərbaycanın patent qanunvericiliyinin təkmilləşdirilməsi, süni intellekt və əqli mülkiyyətin perspektivinin müzakirəsinə həsr ediləcək seminarların keçirilməsi müzakirə edildi.

H.Asan bildirib ki, direktoru olduğu TDC bu məsələləri müntəzəm olaraq təqib edəcək və qısa zaman ərzində həyata keçirməyə hazırdır.

K.İmanov TDC departamentinin yeni rəhbəri kimi qardaş Türkiyənin təmsilçisi olan H.Asana işində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib