DÜNYA


İspaniyada taksi sürücüləri tətil edirlər

Madrid, 1 avqust, AZƏRTAC

Taksi sürücülərinin tətili İspaniyanın bütün şəhərlərində nəqliyyatın hərəkətini iflic edib. Artıq digər böyük şəhərlər də Barselona və Madriddə başlayan tətilə qoşulublar.

AZƏRTAC xəbər verir ki, İnkişaf Nazirliyinin əməkdaşları ilə görüşən tətilçilər yeni lisenziyaların ləğv edilməsi, bu səlahiyyətlərin muxtar vilayətlərə verilməsi, “Uber” və “Cabify” şirkətlərinin xidmətlərini qeydə alan və onlara nəzarət edən internet portalının yaradılması tələblərini irəli sürüblər.

Tətilin başa çatması taksi sürücüləri və İnfrastruktur, Nəqliyyat və Mənzil üzrə Dövlət Katibliyi arasında Madriddə keçirilən görüşdə əldə olunacaq razılaşmadan asılıdır. Hazırda İspaniyanın iri şəhərlərində nəqliyyatın hərəkəti dayandırılıb və bunun hadisələrin başlanğıcı ola biləcəyi də istisna edilmir.

Bundan başqa, tətilin siyasi təsiri də hiss olunur. Belə ki, iki siyasi partiyanın nümayəndələri inkişaf naziri Xose Luis Abalosun parlamentə gəlib izahat verməsini tələb ediblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.