CƏMİYYƏT
Koronavirusla əlaqədar 8015 test aparılıb
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 13-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8015 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 576 min 249-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8617-yə bərabərdir. Xəstələrdən 356 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 13-də Azərbaycanda koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib.