MƏDƏNİYYƏT


Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu gün münasibətilə Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdləri “Açıq kitabxana”nın qonağı olublar.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb. Bildirib ki, bugünkü tarix kitabsevərlər üçün ən gözəl bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Direktor söyləyib ki, bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

Professor məktəbli oxucuları bu gün münasibətilə təbrik edib, kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmağın mümkünlüyünü vurğulayıb və şagirdlərin kitabxananın gələcəkdə ən fəal oxucuları olacaqlarına inandığını söyləyib.

Görüşdə şagirdlər arasında mütaliənin təbliği məqsədilə onlara kitabxana tərəfindən kitablar hədiyyə edilib, şagirdlər şeirlər söyləyiblər.

Qeyd edək ki, 2012-ci ildən qeyd edilən Beynəlxalq Kitab Bağışlama Günü ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.