Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada “Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimatı keçirilib

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikası Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar imzaladığı müvafiq Sərəncama əsasən işıq üzü görüb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu ilin görkəmli mütəfəkkir və alim Nizami Gəncəviyə həsr olunması təqdirəlayiq bir addımdır. Milli Kitabxana olaraq artıq Nizami Gəncəvi ilə bağlı üç tədbirin keçirildiyini vurğulayan direktor qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli-mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami İli” çərçivəsində də davam etdirir. Bu məqsədlə, Türkiyədən, Praqadan, Misirdən və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işini həyata keçirir.

O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Kərim Tahirov təqdim olunan ingilis dilli kitabın nəşrini yüksək qiymətləndirərək onun Nizaminin 880 illik yubileyinə bir töhfə olduğunu bildirib.

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Himayəçilər Şurasının sədri Elnur Əliyev çıxış edərək bildirib ki, mərkəzin təsis olunduğu gündən bu günə qədər əsas iş prinsipi Nizami Gəncəvi şəxsiyyətinin dünyaya, beynəlxalq arenaya tanıdılmasıdır. Bu məqsədlə, mərkəz nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində əməkdaşlıq etməkdədir. Bu əməkdaşlığın nəticəsi olaraq 2018-ci ilin martında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən ilk dəfə Bakı şəhərində “Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı, 13 müxtəlif ölkədən (Kanada, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 xarici və 30 yerli alimin iştirakı ilə beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Konfransda mövzunun nəzəri və praktiki aspektləri, Nizami poeziyasının estetikası, fəlsəfəsi, ədəbiyyatda “milli mənsubiyyət” fenomeni - irredentizm, Nizami irsi nümunəsində ortaq mədəni keçmiş problemləri müzakirə olunmuşdur.

Bildirilib ki, Nizami fəlsəfəsində kamil insan, ədalət yanaşması mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Qeyd edib, Nizami Gəncəvi çox sayda miniatürlər yazıb ki, bu miniatürlərin də dünya kitabxana və muzeylərində saxlanılması bir daha Nizami şəxsiyyətinin böyüklüyünü sübut edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də beynəlxalq səviyyədə istinad oluna biləcək Nizami yaradıcılığı ilə bağlı kitabların nəşridir. Məhz, bu gün təqdim etdiyimiz “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” kitabı da bu məqsədə xidmət edir.

Təqdimat mərasiminə İngiltərə, Almaniya, Gürcüstan və digər ölkələrdən nizamişünas alimlərin onlayn bağlantısı da olub. Belə ki, Böyük Britaniya Kembric Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının rəhbəri Kristin Van Rimbeki, Hindistan Kəşmir Universitetinin İslamşünaslıq üzrə professoru Nasim Əhməd Şah, Almaniya Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, Gürcüstan Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin icraçısı, professor İrma Ratiani və professor Maka Elbakidze onlayn formada tədbirə qoşularaq Nizami irsinin əbədiyaşarlığından danışıblar. Bildirilib ki, bu kitabda tanınmış alimlərin baxışı əks olunub. Bu məqalələr xüsusən gənc tədqiqatçıları özünə cəlb edir. Nizami 8 əsrdən sonra da hər kəsi valeh etməkdə davam edir, insanlara müsbət enerji ötürür. Onun fikirləri sanki zəmanəmiz haqqında söylənilib. Vurğulanıb ki, sözügedən nəşr çox dəyərli bir vəsait oldu üçün artıq tələbələrə tədris edilə bilər. Bu, nəinki tələbələr, həmçinin tədqiqatçılar üçün də dəyərli bir mənbədir. Qeyd edilib ki, Nizami sözün qüdrətini, dəyərini bilən bir mütəfəkkirdir. Nizami insanı pislikdən çəkindirir, şairin dili sanki hər kəsin ruhunu oxşayır.

Tədbirə onlayn formada qoşulan Nizami Gəncəvi ədəbi irsinin davamçısı, Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifli belə bir tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Daha sonra o, Nizami yaradıcılığından bir parça rübai deyərək, Nizami şəxsiyyətinin təkcə Azərbaycan poeziyası üçün deyil, eləcə də dünya poeziyası, ədəbiyyatşünaslığı üçün qiymətli olduğunu vurğulayıb. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yerini tutmaqdadır. O bildirib ki, Nizaminin istər şeirlərini, istərsə də poemalarını nəzərdən keçirdikcə orada tərbiyə, əxlaq, ədalət, humanizm prinsiplərinin olduğunun şahidi oluruq.

Daha sonra AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək kitabın nəşrində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib. O deyib ki, Nizami söz, fikir və ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. O, Nizami haqqında belə bir tərtibatda kitabın xarici dildə nəşrini yüksək qiymətləndirərək onun beynəlxalq bazada tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirin davamında Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru Rafiq Novruzov, filologiya elmləri doktoru Nəsib Göyüşov, professor Aydın Talıbzadə, “Mədəniyyət/culture” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar və Jurnalistlər ittifaqlarının üzvü Zöhrə Əliyeva çıxış ediblər.

Sonda iştirakçılar “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” adlı kitab sərgisi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsini “ən çətin münaqişə” adlandırıb