Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada keçirilən Parlament Sədrlərinin Avropa Konfransında iştirak edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 21-də konfransın açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova “Demokratiya COVID-19 pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə: təcrübə mübadiləsi, növbəti addımlar" mövzusunda keçirilən müzakirələrdə çıxış edib. İki ilə yaxındır ki, bəşəriyyətin öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə şəraitində yaşadığını bildirən spiker əminliyini bildirib ki, bu gün COVID-19 pandemiyası ilə mübarizədə dövlətlər arasında əməkdaşlığa hər zaman olduğundan daha çox ehtiyac var. Peyvəndlər də daxil olmaqla, müalicə üsullarının inkişafındakı böyük elmi nailiyyətlərə baxmayaraq, pandemiya təxminən 5 milyona yaxın insanın ölümünə səbəb olub və COVID-19 pandemiyası bu gün də davam edir. Bu pandemiya dünyada yoxsulluğu daha da dərinləşdirib və cəmiyyətlərin həssas təbəqələrinin vəziyyəti daha da ağırlaşıb.

Spiker S.Qafarova böhranın sonrakı təsirlərinin bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, çətinliklə qazanılan inkişaf meyillərinə mənfi təsir edəcəyi, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda irəliləməyə mane olacağı ilə bağlı narahatlığını ifadə edib.

Çıxışında Sahibə Qafarova Azərbaycan dövlətinin COVID-19 infeksiyasının ölkəmizdə aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə sahəsində fəaliyyətin bir mərkəzdən idarə edilməsi məqsədilə Prezidentin Fərmanı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ölkənin bütün ərazisində karantin rejimi tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, tədris müəssisələrində dərslər təxirə salınıb, iri ticarət mərkəzlərinin, idman obyektlərinin, əyləncə yerlərinin fəaliyyəti dayandırılıb, ictimai iaşə müəssisələrinin iş vaxtı dəyişdirilib, digər zəruri tədbirlər görülüb.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışaraq bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib. Ölkəmiz pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib. 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsini təklif edib, həmin təşəbbüs 150-dən çox dövlət tərəfindən dəstəklənib və ötən ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutub.

Spiker qeyd edib ki, qlobal səhiyyə böhranı zamanı “peyvənd millətçiliyi” ciddi narahatlıq doğurur. Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin martında yekdilliklə qəbul edilib.

Sahibə Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır. Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır. Bu problemi həll etmək üçün Azərbaycan Qoşulmama Hərəkatı adından Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında bütün ölkələr üçün vaksinlərə ədalətli və universal çıxışın təmin edilməsi haqqında qətnamə təşəbbüsü ilə çıxış edib və bu qərar yekdilliklə təsdiq edilib. Biz hər fürsətdən istifadə edib pandemiya ilə mübarizədə ehtiyacı olan ölkələrə beynəlxalq donor təşkilatları da daxil olmaqla inkişaf etmiş ölkələrin dəstək göstərməsi ilə bağlı çağırış edirik.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.

Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq konfrans - “Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi”

Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionu olub

Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb

Aşqabadda Azərbaycan-Türkmənistan elmi əlaqələrindən danışılıb

Qəbələdə barama tədarükünə başlanılıb

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb

Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi ilə gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub

® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

"Səbail"in yeni rəhbəri bəlli olub

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

İİB rəsmisi: AIDA–İİB tərəfdaşlığı təşəbbüslərin real nəticələrə çevrilməsinə şərait yaradır