Müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Müvəqqəti məskunlaşma yerləri yanğın nəticəsində yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək.
FHN-in məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:14]
DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb
- 15.09.2026 [12:11]
Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir
- 15.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.09.2026 [11:40]
Vəkillər məhkumlara növbəti dəfə hüquqi yardım göstəriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]