İQTİSADİYYAT


Noyabrda Bakıda 25-ci Beynəlxalq Biznes Forumu keçiriləcək

Bakı, 21 sentyabr, AZƏRTAC

IBF Forumunun (International Business Forum) vitse-prezidenti Qazi Mısırlı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə bu ilin noyabrında Bakıda keçiriləcək 25-ci İBF Forumuna hazırlıq işləri və tədbirin təşkilinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Görüşdə forumun Azərbaycan və Türkiyə arasında biznes əməkdaşlığının genişləndirilməsinə, eləcə də biznes nümayəndələrinin iştirakı ilə çoxtərəfli biznes platformasının formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.